“Qarabağ” “Sumqayıt”a qalib gəlib

17 Noyabr 2017 21:02 (UTC+04:00)

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Qol.az-ın məlumatına görə, ilk oyun günündə yalnız 1 görüş keçirilib. Turun açılış matçında “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib. Bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ölkə çempionatının ilk oyunu kimi tarixə düşüb. Ağdam klubu 10 nəfərlə qalmasına baxmayaraq, 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turun 2 oyunu şənbə, 1 matçı isə bazar günü keçiriləcək.


Topaz Premyer Liqa

12-ci tur

17 noyabr

18:30. “Qarabağ” - “Sumqayıt” - 2:0
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
Qollar: Almeyda, 41, Dino Ndlovu, 65
Qırmızı vərəqə: İbrahim Şehiç, 30 ("Qarabağ")
Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)

13:00. “Keşlə” - “Zirə”
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

15:00. “Kəpəz” - “Səbail”
Hakimlər:
Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. “Neftçi” - “Qəbələ”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
8-ci km stadionu



N Klublar O Q H M T-F X
1 Qarabağ 11 9 1 1 19-4 28
2 Zirə 11 7 3 1 19-8 24
3 Qəbələ 11 7 1 3 16-11 22
4 Sumqayıt 12 5 1 6 14-17 16
5 Neftçi 11 4 1 6 12-11 13
6 Səbail 10 3 0 7 6:16 9
7 Keşlə 11 2 2 7 8:17 8
8 Kəpəz 11 2 1 8 7-17 7

Bombardirlər:

Mahir Mədətov ("Qarabağ") - 5 qol
Baqali Dabo ("Qəbələ) - 5 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol
Təmkin Xəlilzadə ("Zirə") - 4 qol
Riçard Qadze ("Zirə") - 4 qol