Banklarda gecikmiş kreditlərin məbləği artıb

18 Noyabr 2017 01:19 (UTC+04:00)

2017-ci il oktyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq milli valyuta ekvivalentində 12 milyard 437,2 milyon manat təşkil edib. Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 986,6 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 18,9 faizi dövlət, 77,5 faizi qeyri-dövlət bankları, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1 milyard 857,1 milyon manata çatıb və ümumi kredit portfelinin 14,9 faizini təşkil edib.