Argentinada hərbi sualtı qayıq itib

18 Noyabr 2017 02:05 (UTC+04:00)

Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı radarların nəzarətindən itib. Trend-in məlumatına görə, faktı təsdiqləyən ölkə Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib. Məlumata görə, sualtı qayıq Uşuayidən Mar-del-Platuya doğru hərəkət edirmiş. Hazırda sualtı qayığın axtarışlarına havadan helikopterlər də qoşulub.

Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib. Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir.