Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilib

17 Noyabr 2017 20:33 (UTC+04:00)

Bu gün Tiflisdə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. AFFA-nın saytında yer alan xəbərə görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Umnisə Əliyeva və Melis Ersoy vurub. Qeyd edək ki, komandalar daha 1 oyun keçirəcək.