Görkəmli bəstəkarın 100 illiyi qeyd edilib

17 Noyabr 2017 17:13 (UTC+04:00)

Astara Uşaq Musiqi məktəbində görkəmli Azərbaycan bəstəkarı, dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olunmasının 100 illik yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə məktəbin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova qonaqları salamlayaraq bəstəkar haqqında geniş məlumat verib. O, bəstəkarın həyat və yaradıcılığından danışaraq qeyd edib ki, görkəmli bəstəkar özünəməxsus bir üslubla milli musiqi tariximizə parlaq səhifələr yazıb. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilər, bənzərsiz mahnıları, uşaqıar üçün yazdığı fortepiano musiqisidən ibarət konsert proqramı tamaşaçılara təqdim olunub.

Sonda məktəbin direktoru Çingiz Eyvazov çıxış edərək gələn qonaqlara təşəkkürünü bildirib və məktəbdə keçirilən tədbirlər barədə məlumat verib. Tədbirdə Lənkəran Reqional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçi Astara rayonu üzrə nümayəndə Sadoğlan Bayramov, Astara qazetinin baş redaktoru Fəridə Ağazadə, rayon İcra hakimiyyətinin məsul işçisi Mirzə Bayramov və başqaları iştirak ediblər.