Üç rəngli bayrağımızın Naxçıvanda qaldırılma məqamı VİDEO

17 Noyabr 2017 15:56 (UTC+04:00)

Bu gün Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür. Sovetlər Birliyi dövründə 70 il ürəklərimizdə dalğalanan üçrəngli bayarağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider ­Heydər Əliyev tərəfindən qaldırıldı.

Ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si böyük tarixi və əlamətdar gündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı ki,

“Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq öz yurduma öz hakimliyim”.

Bu gün Naxçıvanda bayrağı hər kəs ən dərin məhəbbətlə sevir, onun daim uca zirvələrdə dalğalanması üçün çalışır.