Vasifdən yenilik AÇIQLAMA-VİDEO

17 Noyabr 2017 14:03 (UTC+04:00)

Müğənni Vasif Əzimov reperturaını təzələyib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni mahnım artıq hazırdır. Bəstə "Dərdimi dinlə" adlanır. Mahnının sözləri və musiqisi mənə, aramjemanı İlqar İlhama məxsusdur. Lirik mahnıdır. Sevənlərin ürəyinə yaxın bəstədir. Ümid edirəm ki, yeni mahnım dinləyicilər tərəfindən bəyəniləcək".