ADPU-nun Şəki filialı müstəqil universitetə çevrilsin TƏKLİF

17 Noyabr 2017 12:12 (UTC+04:00)

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı müstəqil universitetə çevrilsin". SİA-nın xəbərinə görə, bu təkliflə Millİ Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Əli Məsimli Parlamentin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, deputatlar bununla bağlı səylərini artırmalıdırlar. Ə.Məsimli çıxışı zamanı Şəkidə islahat xarakterli addımların atılmasından da söz açıb.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasının gündəliyinə 30 məsələ daxil edilib.