Elçin Məmmədov ÇSKA - "Benfika" oyununda

17 Noyabr 2017 11:58 (UTC+04:00)

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb. SİA-nın məlumatına görə, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 22-də, Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək ÇSKA (Rusiya) - "Benfika" (Portuqaliya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.