Ağcabədidə "Volkswagen" yanıb

17 Noyabr 2017 10:29 (UTC+04:00)

Ağcabədidə yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonunda "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.