Erik Kantona: "Neymarın hərəkətini anlamıram"

17 Noyabr 2017 09:28 (UTC+04:00)

“Mançester Yunayted”in və Fransa yığmasının sabiq üzvü Erik Kantona Neymarı tənqid edib. SİA-nın məlumatına görə, veteran futbolçu braziliyalı forvardın “Barselona”nı PSJ-yə dəyişməsini anlamadığını bildirib: “25 yaşlı biri Braziliya millisinin və “Barselona”nın aparıcı üzvüdürsə, dərhal sual yaranır: o, Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün?

Çempionlar Liqası bəhanə ola bilməz. Orda mövsüm ərzində 10 oyun keçirirsən. Neymarın hərəkətini anlamıram. Məncə, futbola qarşı ehtiras belə olmamalıdır”.