ŞOK: "Rusiya mədəniyyəti olmasa, Qafqaz vəhhabiləşəcək"

17 Noyabr 2017 06:04 (UTC+04:00)

"Şimali Qafqaz respublikalarında çox az kitab oxunur." Kult.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxışı zamanı Rusiya Kitab İttifaqının rəhbəri Sergey Stepaşin söyləyib.

“Moskva və Peterburqda bu göstərici 70% təşkil edir, amma Şimali Qafqazda orta səviyyədən də aşağıdır. Əhalinin cəmi 17%-i burada kitab oxuyur. Əgər Şimali Qafqazda bizim ümumi Rusiya və sovet mədəniyyətimiz, rus dilimiz, kitabımız olmasa, o zaman onlar öz vəhhabi ədəbiyyatını oxuyacaqlar. Bu məsələ təkcə ümummədəniyyət məkanının itirilməsi yox, həm də təhlükəsizlik problemidir”, – deyə o bildirib.