Obameyanq intizamsızlığa görə heyətdən kənarlaşdırılıb

17 Noyabr 2017 05:22 (UTC+04:00)

Dortmund “Borussiya”sının futbolçusu Pyer-Emerik Obameyanq heyətdən kənarlaşdırılıb. Klubun saytında yer alan xəbərə görə, buna qabonlu hücumçunun intizamsız hərəkətləri səbəb olub. O, Almaniya Bundesliqasının 12-ci turunda “Ştutqart”la matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm Dortmund klubunun heyətində 17 matçda 15 qol vurub.