ABŞ: "Dekabrda İŞİD-in varlığına son qoyulacaq”

17 Noyabr 2017 05:03 (UTC+04:00)

"İŞİD 2017-ci ilin sonuna kimi öz varlığını sürdürəcək." Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Brayan Xuk deyib. “ABŞ Dövlət katibi Reks Tillerson İŞİD-i məhv etmək üçün daim diplomatik yollar axtarır. Düşünürəm ki, ilin sonuna kimi İŞİD-in varlığına son qoyulacaq”, - ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ rəsmilərindən biri açıqlamasında İŞİD-in ərazilərinin 95 faizini itirdiyini demişdi.