İŞİD ərəb naziri hədələdi: "Əlimizə düşəcəksən"

17 Noyabr 2017 03:21 (UTC+04:00)

İŞİD terror qruplaşması sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı təhdid məzmunlu paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda Səudiyyənin Xarici İşlər naziri Adil Cubeyrin başının narıncı geyimdə dizi üstə çökmüş birinə montaj edildiyi görünür.

Arxa planda isə bu sözlər yazılıb: “Adil Cubeyr... Ey Allahın düşməni, İslam dövləti mücahidlərindən uzaq deyilsən”.