Vüsalə Kərimova: "Bəzi aparıcılar tamaşaçını özündən iyrəndirir" AÇIQLAMA

16 Noyabr 2017 14:05 (UTC+04:00)

Aparıcı Vüsalə Kərimova bəzi həmkarlarını qınayıb. SİA-ya açıqlama verən Vüsalə maraqlı fikirlər bildirib: "Telekanallarımızda bir neçə verilişlər var ki, bəyənmirəm. Həmin layihələri də pis hala salan aparıcılardır. Bu sözlərimə görə, heç bir həmkarım məndən inciməsin. Efirdə düşüklük edən aparıcılarımız çoxdur. Məşhur simaların şəxsi həyatlarına çox müdaxilə edirlər. Bu düzgün deyil. Aparıcının bu hərəkəti layihəsində qonaq olan tanınmışla yanaşı tamaşaçılarda da qıcıq yaradır. Aparıcı tamaşaçını özündən iyrəndirir. Bu nəyə lazımdır? Hər bir aparıcı çalışmalıdır ki, özünü insanlara sevdirsin".