Musiqili Teatra təşəkkür

16 Noyabr 2017 12:38 (UTC+04:00)

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Teatrın Mətbuat xidmətindən verilən SİA-ya məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda Mülki Müdafiə Qoşunlarında şəxsi heyətin asudə vaxtının səmərəli təşkilində göstərdiyi köməkliyə görə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivinə təşəkkür bildirilir.