Tovuza qonaq gedən 27 yaşlı Sumqayıt sakini bibisi tərəfindən ölümcül bıçaqlanıb

16 Noyabr 2017 10:07 (UTC+04:00)

Tovuzda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

SİA-nın məlumatına görə, hadisə oğurluq üstə baş verib.

Bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb.