Maskerano bir ay futboldan uzaq qalacaq

16 Noyabr 2017 03:15 (UTC+04:00)

"Barselona"nın futbolçusu Xavyer Maskerano zədələnib. Klubun saytında yer alan xəbərə görə, Argentina millisinin yarımmüdafiəçisi Nigeriya ilə yoxlama oyununda ayağından zədə alıb. Klubun düşərgəsinə qayıdan X.Maskeranonun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Krasnodarda keçirilən Argentina - Nigeriya görüşü ikincilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb.