İran zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım ayırıb

16 Noyabr 2017 02:03 (UTC+04:00)

İran hökuməti ölkənin qərbində baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 70 milyon dollara yaxın vəsaitin ayrılması ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə prezident Həsən Ruhaninin mətbuat xidməti bildirib.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb. 40 minə yaxın ev dağılıb.