Şadlıq sarayında yanğın olub

16 Noyabr 2017 01:18 (UTC+04:00)

Paytaxtda şadlıq sarayında yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 320 kv.m olan ikimərtəbəli şadlıq sarayının zirzəmisində 5 kv.m sahədə mətbəx mebeli yanıb. Yanğın söndürülüb.