“Barselona” Antuan Qrizmann ilə razılığa gəlib!

16 Noyabr 2017 01:03 (UTC+04:00)

“Barselona” futbol klubu “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann ilə razılığa gəlib. Bu barədə “Le10Sport” saytı xəbər yayıb. Məlumatda deyilir ki, Kataloniya təmsilçisinin 26 yaşlı futbolçu ilə danışıqları müsbət yekunlaşıb.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona” cari mövsümün sonunda fransalı futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.