Salyanda yanğın olub

15 Noyabr 2017 23:21 (UTC+04:00)

Salyanda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan xəbərə görə, rayonun Sarvan kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin tavanı 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.