"Atletik" Artis Adurizlə müqaviləni yeniləyib

15 Noyabr 2017 20:39 (UTC+04:00)

İspaniyanın "Atletik" klubu futbolçusu Artis Adurizlə müqaviləni yeniləyib. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 36 yaşlı hücumçu 2019-cu ilin iyununa kimi Bilbao klubunda çıxış edəcək. Ona 40 milyon avro transfer qiyməti qoyulub.

Qeyd edək ki, "Atletik"in yetirməsi olan isaniyalı forvard bu mövsüm 19 oyuna 9 qol vurub.