"Vicdan haqqı"nın aktrisası aparıcılıq edəcək FOTO

15 Noyabr 2017 13:01 (UTC+04:00)

“Vicdan haqqı” serialında rol alan aktrisa Çimnaz Sultanovanın daha bir bacarığı ortaya çıxıb. SİA-nın məlumatına görə, aktrisa aparıcılıq edəcək.

Bu haqda şairə Nazilə Səfərli "İnstagram" səhifəsində məlumat verib: "Aktrisa Çimnaz Sultanova aparıcılıq edəcək. Veriliş “Gün keçdi” adlanacaq. Verilişin çəkilişləri artıq başlayıb. İlk qonaqlar isə vizajist Nigar İbrahimova və mənəm. Xeyirli olsun".