ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum imzalanıb FOTOLAR

15 Noyabr 2017 10:05 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universiteti və ASAN Könüllüləri Təşkialtı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. ATMU-nun rektoru İlham Mədətov mərasim iştirakçılarını salamladıqdan sonra diqqətə çatdırıb ki, imzalanacaq sənədi niyyətin rəsmiləşdirilməsi kimi dəyərləndirə bilərik.

Rektor qeyd edib ki, “ASAN xidmət”in özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. “ASAN xidmət”ə dünyada böyük maraq göstərildiyindən bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

2017-ci il 14 noyabr tarixində imzalanan Əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkifına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhvə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən 2017-ci il 15 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

İmzalanan memoranduma əsasən, ASAN könüllüləri ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Həmçinin tərəflər, birgə

layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizmin potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqların artırılması istiqamətində faəliyyətlərin icra olunması və kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.

ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.