Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası səhnədə FOTOLAR

15 Noyabr 2017 09:22 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü mövsümündə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını nümayiş etdirib.

SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur. Rolları Əməkdar Artist Azad Məmmədov, aktyorlar Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Yaşar Muradov, Ruhiyyə Həsənova və Mobil Qurbanov ifa ediblər.