Alimlər üçün iş fürsəti

15 Noyabr 2017 09:15 (UTC+04:00)

AMEA-nın Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. İnstitutdan SİA-ya verilən xəbərə görə, vakant yerlər institutun Məntiq, Etika, Müasir dünyanın fəlsəfi cərəyanları və İslam fəlsəfəsi şöbələrinin müdiri vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Tel.: (+994 12) 510 15 12

Ünvan: Bakı ş., H.Cavid pr., 115