Tovuzda yol qəzası olub

15 Noyabr 2017 04:04 (UTC+04:00)

Tovuzda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun "Semzavod" qəsəbəsi ərazisində baş verib. Rayon sakini, 1974-cü il təvəllüdlü Hüseynov Oruc Sabir oğlu "VAZ" markalı avtomobili idarə edərkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.