İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb

15 Noyabr 2017 02:41 (UTC+04:00)

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı artmaqda davam edir. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 530 nəfər ölüb, təqribən 7500 nəfər xəsarət alıb.

Bundan əvvəl 445 nəfərin həlak olduğu bildirilirdi. Qeyd edək ki, 7,4 ballıq zəlzələ nəticəsində İranda 12 min ev dağılıb.