İtaliya millisinin uğursuzluğu 1 milyard dollar ziyana səbəb olub

15 Noyabr 2017 05:02 (UTC+04:00)

İtaliya millisinin DÇ-2018-in final mərhələsində çıxış edə bilməməsinin əks-sədaları davam edir. Apasport.az saytının “Goal.com”a istinadən məlumatına görə, “Skuadra-Adzurra”nın bu fiaskosu ölkə iqtisadiyyatına da mənfi təsir edib. Bu barədə İtaliya Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Franko Karraro açıqlama verib. O, ölkə iqtisadiyyatının bu uğursuzluğa görə 1 milyard dollar ziyana düşdüyünü deyib. Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin pley-offunda İsveçlə qarşılaşan İtaliya millisi (0:1, 0:0) 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.