Xorvatiya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanacaq

14 Noyabr 2017 22:33 (UTC+04:00)

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin yığmadakı taleyinə aydınlıq gəlib. Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytında yer alan xəbərə görə, o, vəzifəsində qalıb. Gələn həftə 51 yaşlı mütəxəssislə müqavilə imzalanacaq. Komandanı gələn il Rusiyada keçiriləcək dünya çempionatına məhz Daliç aparacaq.

Qeyd edək ki, Ante Çaçiçin istefaya göndərilməsindən sonra Xorvatiya Futbol Assosiasiyası Zlatko Daliçi müvəqqəti bu vəzifəyə təyin etmişdi.