Ronaldo Messini qabaqlayıb birinci oldu

14 Noyabr 2017 21:03 (UTC+04:00)

Goal.com öz versiyasına görə, 2017-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb. Qol.az-ın məlumatına görə, "Real"ın hücumçusu Kriştiano Ronaldo ilk pillədə qərarlaşıb. "Yuventus"un qapıçısı Canluici Buffon ikinci, "Real"ın yarımmüdafiəçisi Luka Modriç üçüncü olub. "Barselona"nın hücumçusu Lionel Messi isə dördüncü yerə layiq görülüb.

Qeyd edək ki, K.Ronaldo ötən il də Goal.com-un versiyasına əsasən, ən yaxşı oyunçu seçilmişdi. Xatırladaq ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 37 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.