İlham Əliyev Fələstin Prezidentini təbrik edib

14 Noyabr 2017 18:44 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev milli bayram – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. Dövlətimizin başçısı məktubda Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsinin və möhkəmlənməsinin bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Mahmud Abbasa möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıb.