Kamran Ağayev cəzalandırılıb

14 Noyabr 2017 16:43 (UTC+04:00)

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevi cəzalandırıb. SİA-nın məlumatına görə, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda "Ostrava" ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq kənarlaşdırlıb. Beləliklə, Kamran 14-cü turda "Bohemians"la matçı buraxacaq.

Qeyd edək ki, "Ostrava" ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.