"Bank VTB"-nin səhmləri Rusiya hökumətinin nəzarətinə keçdi

14 Noyabr 2017 16:21 (UTC+04:00)

VTB Qrupu "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 99,99%-nin alışını başa çatdırıb. SİA xəbər verir ki, "AtaHoldinq" MMC-yə məxsus 48,99% səhm paketi VTB Qrupuna daxil olan "Bank VTB 24" tərəfindən alınıb.

Əqd noyabrın 10-dan etibarən qüvvəyə minib.

Beləliklə, hazırda "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları bunlardır: "Bank VTB" - 51%, "Bank VTB 24" 48,99%, fiziki şəxs Adıgözəl Ağayev - 0,01%.