Günel üçüncü nişanlısından ayrıldığını etiraf etdi FOTO

14 Noyabr 2017 14:52 (UTC+04:00)

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova uzun müddətdir şəxsi həyatı ilə bağlı heç bir açıqlama vermirdi.

SİA-nın məlumatına görə, sənətçi "İnstagram" səhifəsində nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə cavab verib: "Özəl həyatım üçün aldığım və mənim üçün ən doğru, xeyirli olan qərarı iş həyatımda da reallaşdırdım. “Torunlar Ajans” və orada çalışanlarla bütün əlaqəmi kəsdim”.

Günel eyni zamanda yeni şirkət açdığını da deyib: “Bu gündən bütün tədbirlərimi öz şirkətim olan “BYGNL” əməkdaşları təşkil edəcək və işimə onlarla davam edəcək”.

Qeyd edək ki, Cem və Günelin nişanı ötən ilin oktyabrında olmuşdu.