Elmar Məmmədyarov Moskvaya səfər edəcək

14 Noyabr 2017 13:24 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

SİA-nın məlumatına görə, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub: “20 noyabr tarixində Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək”.