Abşeron rayon elektrik şəbəkəsi qarət edilib

14 Noyabr 2017 12:43 (UTC+04:00)

Bakıda elektrik şəbəkəsinin anbarı qarət edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Abşeron rayon elektrik şəbəkəsi” MMC-yə məxsus anbardan 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar.