Rayan Qiqqz Vyetnamda işləyəcək

14 Noyabr 2017 12:44 (UTC+04:00)

“Mançester Yunayted” futbol klubunun sabiq yarımmüdafiəçisi Rayan Qiqqz Vyetnamda işləyəcək. SİA-nın məlumatına görə, 43 yaşlı uelsli Vyetnamda gənclərdən ibarət futbol akademiyasının direktoru təyin olunub.

Qiqqz futbolçu və məşqçilərin işinə, həmçinin akademiyanın tikintisi və inkişafına cavabdehlik daşıyır.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, Qiqqz ildə iki dəfə Vyetnama gəlməli və akademiyanın fəaliyyəti tanış olmalıdır.

Qiqqzə “Mançester Yunayted”in digər sabiq oyunçusu Pol Skoulz kömək edir.