Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gələcək

14 Noyabr 2017 11:02 (UTC+04:00)

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, Səfər çərçivəsində Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.