Sumqayıtda yaşayış evi yanıb

9 Noyabr 2017 11:32 (UTC+04:00)

Sumqayıtda vaqon tipli yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.