Avtobus körpüdən aşdı, 24 nəfər öldü Pakistanda

9 Noyabr 2017 11:06 (UTC+04:00)

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun körpüdən aşması nəticəsində azı 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Pakistanın xəbər agentliyinin məlumatına görə, xəsarət alanlardan 12-nin vəziyyəti ağırdır.

Talaqanq yaşayış məntəqəsində baş verən hadisə zamanı avtobusda 80-ə yaxın sərnişin olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Qəzanın səbəbləri araşdırılır.