UEFA “Seltik”, PSJ və “Bazel”i cərimələyib

23 Oktyabr 2017 20:18 (UTC+04:00)

UEFA Çempionlar Liqasında çıxış edən üç klubu cəzalandırıb. UEFA-nın Nizam İntizam Komitəsi ÇL-in I turunda keçirilən “Seltik” – PSJ oyunu (0:5) barədə qərar verib. Azarkeşləri meydana kənar əşyalar atdığı üçün Şotlandiya təmsilçisi 10 min avro cərimələnib. Qonaq komandanın azarkeşləri isə kresloları sındırmaqla Paris klubunu 5 min avro ziyana salıb.

UEFA “Bazel”i də cərimələyib. “Mançester Yunayted”lə ilk turun oyununda azarkşeləri pirotexniki vasitələrdən istifadə edən İsveçrə klubu 12 min avro ödəməli olacaq.