Ağstafada tikiş fabrikinin anbarı yanıb

23 Oktyabr 2017 15:24 (UTC+04:00)

Ağstafada yanğın faktı qeydə alınıb.

SİA-ya FHN-dən verilən məlumata görə, yanğın tikiş fabrikinin anbarında baş verib. Başlayan yanğın nəticəsində anbarın yanar konstruksiyaları 90 m2 sahədə yanıb. Fabrikin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.