Yük qatarı qəzaya uğrayıb

23 Oktyabr 2017 10:14 (UTC+04:00)

Kanadada yük qatarı qəzaya uğrayıb. Hadisə Edmonton şəhəri yaxınlığında qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, neft daşıyan yük qatarının 12 vaqonu relsdən çıxıb.

Qəza baş verən bölgənin yaxınlığındakı Rivers-Ec və Noronkel qəsəbələrinin sakinləri təxliyə edilib.

İnsident zamanı zərər çəkən olmayıb.