İran "silkələndi"

23 Oktyabr 2017 09:28 (UTC+04:00)

İranda 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri İranın Minab şəhərindən 83 kilometr şimalda qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.