İraqın baş diplomatı sabah Moskvaya səfər edəcək

22 Oktyabr 2017 03:05 (UTC+04:00)

İraq Xarici İşlər naziri İbrahim Cəfəri oktyabrın 23-də Moskvaya səfər edəcək. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Cəfəri Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.

Görüşdə əsas müzakirə mövzusu İraqdakı son vəziyyət, kürd böhranı olacaq.