Tərtərdə qətl törədən Bakı sakini saxlanılıb

21 Oktyabr 2017 12:14 (UTC+04:00)

Tərtərdə qətl hadisəsi törədən şəxs saxlanılıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində Bakı şəhər sakini Emin Hüseynov münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə R.Cəfərli hadisə yerində ölüb.

E.Hüseynov könüllü Tərtər RPŞ-yə gələrək istintaqa təslim olub.

Faktla əlaqədar cinayət işi başlanıb.