Sərnişindən soyuq silah aşkar edilərək götürülüb

21 Oktyabr 2017 12:09 (UTC+04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.